Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

28 mart 2024 | 09:00
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Əmircan qəsəbəsindən Yeni Suraxanı qəsəbəsinə gedən yolun kənarında “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid 0,22 ha ərazidə ağacəkmə aksiyası keçirilib.
2100 ədəd Eldar şamı və müxtəlif növ ağacların əkildiyi aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Vitse-Prezidentləri Elvin Ağayev və Rafael Nağıyev, əməkdaşlar, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. Artıq ənənəvi hal alan belə aksiyalar ölkəmizdə geniş vüsət alan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.
Ağacəkmə aksiyalarının keçirilməsi eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.
Qeyd edək ki, mövsümün sonunadək rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.
Keçidlər