Suraxanıda yaşayan ahıl sakinlər ziyarət olundu
01 oktyabr 2022 | 15:46
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq Ahıllar Günü münasibətilə bir qrup ahıl ziyarət olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova və əməkdaşlar Qaraçuxur qəsəbəsində yaşayan 95 yaşlı əmək və müharibə veteranı Tağıyeva Tamara İbrahim qızını ziyarət edilblər.
Görüş zamanı RİH başçısının müavini Könül xanım Axundova bildirdi ki, ahıllara qayğı və ehtiram ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridir. Ölkə başçımız cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlənən Dövlət Proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib.
Tamara Tağıyeva və onun ailə üzvləri qocaman sakinimizin yaşadığı illərlə bağlı öz xatirələrini bölüşüb, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Həmçinin, səmimi söhbət zamanı ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığı bildirilərək göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.