Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı şəhidləri anıldı

26 fevral 2024 | 12:03
  Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri və sakinlərlə görüş keçirilib, onlara ərzaq yardımları paylanıb.
  Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri iştirak ediblər.
  Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ölkə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir çox dövlətlər Xocalıda baş verənləri soyqırım kimi tanıyır.
   O, diqqətə çatdırıb ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Ölkə başçımız cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
    Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxışlarında bildiriblər ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Lakin bu gün Xocalı şəhidlərinin, vətən uğrunda canından keçən bütün qəhrəman  Azərbaycan övladlarının ruhu şaddır.  
   Xocalıdan olan sakinlər də çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildiriblər. Əminliklərini ifadə ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda doğma yurdlarına qayıdacaqlar.
   Sonda Suraxanı rayonunda məskunlaşmış Xocalıdan olan 25 ailəyə ərzaq sovqatları verilib.
Keçidlər