Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda xalq artisti Məleykə Əsədova ilə görüş təşkil olunub

22 yanvar 2024 | 14:54
Suraxanıda xalq artisti Məleykə Əsədova ilə görüş təşkil olunub
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində xalq artisti Məleykə Əsədova ilə görüş təşkil olunub.
 Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, Gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
 İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Aparıcı tədbiri açıq elan etdikdən sonra, sevilən aktrisanın həyat və fəaliyyəti haqqında məlumat verib.
 Məleykə Əsədova çıxışında sənətə gəlməyindən, yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışıb. Daha sonra şeirlər səsləndirib, iştirakçıları maraqlandıran suallara cavab verib.
 RİH başçısı Əziz Əzizov çıxış edərək belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb, həmçinin xalq artisti Məleykə Əsədovanın rol aldığı sevimli tamaşalardan danışıb.
Keçidlər