Suraxanıda vətəndaş amili hər zaman ön plandadır
23 fevral 2023 | 09:46
Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir.
Belə görüşlərdən biri də fevralın 23-də rayonun Əmircan qəsəbəsində A.Muradov adına 84 nömrəli tam orta məktəbdə keçirilib. Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Afət xanım Həsənova, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Son illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı uğurlara imza atan ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan Əziz Əzizov ölkə başçısının bir neçə gün öncə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışından bəhs edib, eləcə də rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Həmçinin, Milli Məclisin deputatı Afət xanım Həsənova və Rayon Prokuroru Rəşid Mahmudov da çıxışlarında ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzundan, ölkədə həyata keçirilən islahatlardan danışıblar.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.