Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Vətən müharibəsinin şəhidi Qardaşxan Əhmədlinin əziz xatirəsi ehtiramla anıldı

20 dekabr 2022 | 15:30
Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Əhmədli Qardaşxan Elxan oğlunun anım günündə Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad edilib. Şəhidin ruhuna dualar oxunub, torpaqlarımız uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak edib.
Keçidlər