Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Vətən Müharibəsi şəhidlərinin şəhadətinin ikinci ildönümü və Polad Şirinovun 40 mərasimi münasibətilə ehsan süfrəsi açılıb

24 oktyabr 2022 | 10:28
Vətən Müharibəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Elnur Şahbazovun və Coşqun Orucovun şəhadətinin ikinci ildönümü və Polad Şirinovun 40 mərasimi münasibətilə ehsan süfrəsi açılıb.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
RİH başçısı Əziz Əzizov şəhidlərin valideynlərinə qəhrəman, igid oğul böyütdükləri üçün minnətdarlıq edib və onlara səbir diləyib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb.
O, bildirib ki, şəhidlərimizin əziz xatirələri Suraxanı rayonunda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilib və hazırda da davam etdirilir.
Həmçinin, Türkiyə-Azərbaycan birliyinin önəmli bir amil olduğunu vurğulayan Ə.Əzizov bu faktorun bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verdiyini də qeyd edib. Bu gün Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri aparılır. Xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər müasir, gözoxşayan yaşayış yerlərinə çevrilir. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti indi bütün gücünü xalqın rifah halının yaxşılaşmasına, xoş güzəranına sərf edir. Bu məqsədlə ölkəmizdə ilk növbədə vaxtilə yurd yerlərindən didərgin düşmüş vətəndaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Azad olunmuş ərazilərdə hərtərəfli inkişafı təmin etmək, yox olan şəhərləri bərpa etmək isə güclü, qüdrətli Azərbaycanın qarşıya qoyduğu ən vacib vəzifədir.
Şəhid ailələri çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Keçidlər