Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

10 dekabr 2022 | 15:35
Dekabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təqdimatında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar “Əbədiyaşar Lider və onun sevdiyi ölməz nəğmələr” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatı, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib. Ə.Əzizov bildirib ki, Suraxanılıların da Heydər Əliyevə sevgi və məhəbbəti sonsuzdur. Bu dahi insan suraxanılıların yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyav, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildiriblər ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Tədbir bədii hissə ilə davam edib.
Keçidlər