Suraxanıda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ağacəkmə aksiyası təşkil olunub
02 may 2025 | 17:45
Mayın 2-də Suraxanı rayonunda Rayon İcra Hakimiyyətinin və “Suraxanı Oyl” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, “Suraxanı Oyl” Əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin prezidenti Cristopher Lloyd Smith və vitse prezidenti Rafael Nağıyev, RİHB-nin müavinləri və aparatın əməkdaşları, Rayon Ağsaqqallar Şurası, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələrinin və qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin, idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər.
Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində təşkil olunan ağacəkmə aksiyasında 550 ədəd Sərv ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.