Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib

18 noyabr 2022 | 12:10
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Şahmar Səfərov və İslam Əlizadənin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov şəhid ailələrinə, müharibə əlilləri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Qələbə bəxş edən şəhidlərimizin xatirəsinin hər birimizin qəlbində daim əziz olacağını, uyuduqları torpağın gənc nəslin inam, and yerinə çevrildiyini söyləyib. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyaraq torpaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini və düşmən üzərində tarixi Zəfər qazandığını vurğulayan RİH başçısı Əziz Əzizov qeyd edib ki, artıq işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir, müasir dövrün tələblərinə ən yüksək səviyyədə cavab verəcək ağıllı kənd və qəsəbələr, şəhərlər salınır. RİH başçısı həmçinin şəhid adlarının əbədiləşdirilməsi, ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Suraxanı rayonunda görülən işlərdən danışıb.
Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Anım tədbirində məktəblilərin təqdimatında Vətənə, vətənpərvərliyə həsr edilmiş şeirlər səsləndirilib.
Keçidlər