Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhidlərin anım günləri qeyd olunur

23 oktyabr 2024 | 14:29
Suraxanı rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin anım günləri qeyd olunur.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şəhid ailələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Əsgərov Rüfət Mürvət oğlunun, Hüseynzadə Fərid Eldəniz oğlunun, Əliyev Samir Əliheydər oğlunun, Əliyev Elvin Bəhruz oğlunun, Məmmədov Dostəli Seymur oğlunun, Babayev Əmirxan Mirilham oğlunun, Şahbazov Elnur Qədir oğlunun, Kazımlı Mürsəl Kamil oğlunun, Məmmədov Mahir Ağasəlim oğlunun, Cabarzadə Cavid Qorxmaz oğlunun, Məmmədli Davud Fuad oğlunun, Manafov Osman Natiq oğlunun, Mərdanov Vaqif Ədalət oğlunun, İsmayılov Elçin Mübariz oğlunun məzarlarını, eləcə də ailə üzvlərini ziyarət edərək onların əziz xatirələrini ehtiramla anıblar.
RİH başçısı Adil Əliyev vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.
Keçidlər