Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid Ruslan Rəcəbovun şəhadətinin ikinci ildönümü münasibətilə xatirəsi anıldı

01 noyabr 2022 | 09:14
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şəhid ailələri, rayon ictimayyətinin nümayəndələri Hövsan qəsəbəsinin şəhidi, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş miçman Ruslan Rəcəb oğlu Rəcəbovun şəhadətinin ikinci ildönümü münasibətilə II Fəxri Xiyabandakı məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin məzarı önündə çıxış edən RİH başçısı Əziz Əzizov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
Rayon rəhbəri çıxışında onu da bildirib ki, Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir.
Əziz Əzizov şəhidin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanaraq bildiribki, bundan sonra da ailə daimi olaraq dövlət qayğısı ilə əhatə olunacaqdır.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Keçidlər