Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid Mürsəl Kazımlının xatirəsi anıldı

23 oktyabr 2022 | 08:53
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, şəhidin ailə üzvləri Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Kazımlı Mürsəl Kamil oğlunun anım günündə Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarını və Yeni Günəşli yaşayış sahəsində abidə-bulaq kompleksini ziyarət edib, ruhuna dualar oxuyub və şəhidin əziz xatirəsini ehtiramla anıblar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım günündə çıxış edən RİH başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Suraxanı rayonunda da vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.
Keçidlər