Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid kapitan Xəyyam Əliyevin xatirəsi anılıb

30 noyabr 2022 | 12:07
Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan Xəyyam Əliyevin Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxunub. Sonra şəhidin adına açılmış ehsan süfrəsində iştirak olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şəhidimiz Xəyyam Əliyevin Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında böyük xidmətlərini vurğulayıb. O, bildirib ki, Xəyyam kimi qəhrəmanlarımızın sayəsində bu gün xalqımız qürurludur, başımız dik, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda qorxmadan həlak olmağı bacaran məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut etdi.
Qeyd edək ki, ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, kapitan Xəyyam Əliyev və daha 13 hərbçi şəhid olub. Ölümündən sonra X.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni il
Keçidlər