Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib

05 noyabr 2024 | 16:52
Noyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 146 saylı tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemlərin, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. RİH başçısı sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova da qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edib ki, dövlətimiz tərəfindən problemlərin vaxtında həlli üçün lazım olan bütün təxirəsalınmaz addımlar atılır.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər