Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda RİH başçısı dekabrın 5-də növbəti səyyar görüş keçirib

05 dekabr 2024 | 17:43
Dekabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 290 saylı tam orta məktəbdə Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər haqqında, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib. O, qeyd edib ki, ölkədə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər, eləcə də keçirilən beynəlxalq tədbirlər ölkə başçımız cənab İlham Əliyevin apardığı düşünülmüş daxili, xarici siyasətin və gərgin əməyin nəticəsində əldə edilib.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər