Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "Qonağımız var" layihəsi çərçivəsində Şəmistan Əlizamanlı ilə görüş keçirilib

01 dekabr 2022 | 09:59
Dekabrın 1-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə görüş keçirilib.
Suraxanı RİH başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ziyalılar və rayon ictmiayyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpağlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəmistan Əlizamanlı gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinin önəmindən danışaraq əldə edilən zəfərlərin gələcəyə daşınmasının yalnız bu yolla mümkün olduğunu deyib. Daha sonra o, iştirakçıların suallarını cavablandırıb, səmimi söhbət aparılıb, eləcə də Ş.Əlizamanlının sevilən ifaları dinlənilib.
Həmçinin, RİH başçısı Əziz Əzizov görüşün keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirərək, bu gün ölkə başçımız cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini vurğulayıb. Eləcə də Şəhidlərimizin anım günlərinin ikinci ildönümünün RİH tərəfindən rayon ictimaiyyətinin iştirakı ilə qeyd olunduğunu vurğulayan RİH başçısı 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu da qeyd edib.
Keçidlər