Suraxanıda qanvermə aksiyası keçirilib
19 yanvar 2023 | 11:37
Yanvarın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
300-ə yaxın rayon ictimaiyyətinin cəlb olunduğu qanvermə aksiyasında 100-dən artıq vətəndaşdan qan götürülüb. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.