Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

01 dekabr 2022 | 09:52
Suraxanı rayonu Hövsan qəsəbəsindəki S.S.Axundov adına 172 nömrəi tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, məktəbin pedaqoji işçiləri və yuxarı sinif şagirdlərinin iştirak etdikləri görüşdə əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Bağırova narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu sahə ilə bağlı davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir.
Şagirdlərin təqdimatında narkomaniya ilə mübarizə, ondan istifadə və yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunub.
Daha sonra çıxış edən RİH başçısı Əziz Əzizov və hüquq mühafizə orqanlarının rəhbərləri dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Keçidlər