Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

04 noyabr 2022 | 11:16
Suraxanı rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir 315 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səslənirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində hazırlanan video-çarxın nümayişindən sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən bədi hissə nümayiş olunub.
Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
RİH başçısı Əziz Əzizov da cəmiyyətdə narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırıb.
Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov çıxışlarında narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə ediblər.
Keçidlər