Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib

13 noyabr 2023 | 17:51
Suraxanıda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
Konfransda Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Konfrans xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Qürurverici haldır ki, qalib xalqımız əsas qanunun qəbulunun 28-ci ildönümünü ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində otuz ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.
Daha sonra RİHBA-nın Hüquq şöbəsinin müdiri Elşən Zahirli, Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Gənclər evinin direktoru Natavan Rüstəmova, Əmircan qəsəbə nümayəndəsi Əlixan Əliyev, bələdiyyə sədri Cəmilə Ağayeva, RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Anar Qüdrətov çıxış edərək qeyd ediblər ki, milli dövlətimiz durduqca, Ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Keçidlər