Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "Heydər Əliyev İli" çərçivəsində "Ürəklərdə yaşayan əbədi insan" adlı tədbir keçirilib

16 mart 2023 | 09:29
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində A.Səfərov adına 114 №-li tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş "Ürəklərdə yaşayan əbədi insan" adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar iştirak ediblər.
İlkin olaraq məktəbdə pilot layihələr tətbiq olunan siniflərdə açıq dərslər keçirilib. Daha sonra akt zalında davam edən tədbirin ikinci hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Ceyran Novruzova qonaqları salamlamış və Ümummilli Lider, Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının prioritet sahə kimi mühüm yer tutduğunu vurğulayıb.
Sonra şagirdlərin təqdimatında Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident cənab İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Bildirib ki, bugünkü və gələcək nəsil Ümummilli Liderin fəaliyyəti barədə dolğun məlumata malik olmalıdır. Dahi şəxsiyyətin hər bir addımı dövlətə, xalqa xidmət nümunəsi, Vətən sevgisinin təqdimatıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxışlarında dahi rəhbərin qəbul etdiyi qərarların, verdiyi tapşırıqların, irəli sürdüyü uzaqgörən konseptual fikirlərin və tövsiyələrin bu gün də Azərbaycanda təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verdiyini bildiriblər.
Keçidlər