Suraxanıda “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
15 mart 2023 | 10:30
Martın 15-də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində baş tutan ağacəkmə aksiyasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və digər təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.