Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Çernobıl əlilləri ilə görüş keçirildi

26 aprel 2024 | 11:01
Aprelin 26-da Çernobıl faciəsinin 38-ci ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətində RİH başçısı bu faciədən zərər çəkən 60 rayon sakini ilə görüşüb və onlar ərzaq yardımları ilə təmin olunublar.
  RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 26 aprel 1986-cı ildə baş verən və bütün dünyanı təşvişə salan Çernobıl hadisələrindən xeyli vaxt keçsə də o müdhiş hadisənin doğurduğu fəsadlar hələ də yaşanmaqdadır. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb, böyük bir ərazi xarabalığa çevrilib.
  RİH başçısı ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə qəza baş verən ərazidə iştirak edən həmyerlilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, onların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Keçidlər