Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi

12 sentyabr 2023 | 17:43
Suraxanıda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi
Sentyabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023/2024-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb direktorları, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri iştirak ediblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbir açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qəbul imtahanlarında 685,3 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunan 282 №-li tam orta məktəbin məzunu Rəhimova Fidan Fuad qızı rayon üzrə ən yüksək nəticəni qazandığından elə həmin məktəbin birinciləri məzunlarla birgə səhnəyə çıxıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açaraq bütün məzunları təbrik edib və bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.
Əziz Əzizov qeyd edib ki, ötən tədris ilində Suraxanı rayonu üzrə məktəbi bitirən 2676 şagirdin 1560 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 53-ü 600-dən çox bal toplayıb.
Həmçinin, Vətən müharibəsi şəhidlərinin qardaşları Eissavi Amin Mazen oğlu Azərbaycan Dövlət İqtisad Universitetinə, Şirinov Zülfüqar Seyran oğlu isə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olublar.
RİH başçısı Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqədə rayonun 114 və 278 saylı tam orta məktəblərinin 2 sinfinin, 315, 85, 270, 279, 280, 316 saylı tam orta məktəblərin və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 1 sinfinin bütünlükdə ali məktəblərə daxil olduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, ötən tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin XI sinif məzunlarının layiq görüldüyü 18-i qızıl medaldan 5-i, 6 gümüş medaldan isə 2-si Suraxanı rayonunun payına düşür.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev də tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara uğurlar arzulayıblar. Diqqətə çatdırıblar ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.
Tədbirdə 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva, 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, 282 nömrəli tam orta məktəbin məzunu Fidan Rəhimova, 114 nömrəli tam orta məktəbin məzunu Ülvi Əliyev, şəhid qardaşları Zülfüqar Şirinov və Amin Eissavi, eləcə də FHN Akademiyasına qəbul olunan Şəhriyar Hümbətli də çıxış ediblər.
Çıxışlardan və təbriklərdən sonra məzunlar təhsildə əldə etdikləri nailiyyətlərə görə, eləcə də 270 saylı tam orta məktəbin direktor əvəzi Kəmalə İbrahimova isə yubileyi münasibətilə təhsildə səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.
Sonda 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzininin rəqs və vokal qrupu, gənc ifaçılar Gülyaz və Ayaz Həsənzadələrin ifasında bədii hissə nümayiş olunub.
Keçidlər