Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar şəhidlərinin məzarları ziyarət edilib

20 yanvar 2023 | 15:36
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvarın 20-də RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, rayonun idarə rəhbərləri, ziyalılar Yeni Suraxanı qəsəbəsində 20 Yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və “Vətən şəhidləri” abidə kompleksini ziyarət ediblər.
Diqqətə çatdırılıb ki, bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq rayonun bütün qəsəbələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.
Keçidlər