Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "20 Yanvar" faciəsinin növbəti ildönümü münasibətilə 20 Yanvar Şəhid ailələri və əlilləri ilə görüş keçirilərək ərzaq sovqatları paylanılıb

20 yanvar 2024 | 14:54
Suraxanıda "20 Yanvar" faciəsinin növbəti ildönümü münasibətilə 20 Yanvar Şəhid ailələri və əlilləri ilə görüş keçirilərək ərzaq sovqatları paylanılıb
 Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən görüşdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran Ə.Əzizov onun 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməklə, bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsinin daim gücləndirildiyini diqqətə çatdırıb.
 Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələri və əlilləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
 Sonra 20 Yanvar Şəhid ailələrinə və əlillərinə ərzaq sovqatları təqdim olunub.
Keçidlər