Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 15 İyun – Milli Qurtuluş günü qeyd olunub

13 iyun 2024 | 20:18
İyunun 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsi, Heydər Əliyev parkında 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş bayram konserti keçirilib.
Konsertdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.
Sevilən ifaçılar Elçin Cəfərovun, Mehin Hümbətovanın, Respublikanın əməktar artisti, Rayon Ağsaqqallar şurası sədrinin 1-ci müavini professor Ağalar Bayramovun, “Aysel” və “Səma” rəqs qruplarının təqdimatında keçirilən konsert proqramında qeyd olunub ki, xalqımız hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük böyük coşqu və qürurla qeyd edir. Bildirilib ki, artıq 4-cü ildir xalqımızın qələbə əhval-ruhiyyəsi ilə bayram etdiyi bu tarix Azərbaycanın iqtisadi, siyasi, mədəni yüksəlişinə qədəm qoyduğu gündür. Xalqımızın taleyini dəyişən, onu tərəqqiyə və rifaha istiqamətləndirən bu tarixi günün 31-ci ildönümündə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını bir daha dərindən dərk edir, onu sonsuz sevgi və ehtiramla yad edirik. Xoşbəxt xalqıq ki, müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz günbəgün daha da inkişaf edir. Dünyada nüfuzu hər gün artan, onunla hesablaşmağa artıq hər kəsi vadar edən müstəqil Azərbaycan dövləti öz gücü, potensialı, qədirbilən xalqımızın dəstəyi ilə azad Qarabağı yenidən cənnətə çevirir. Müstəqil Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlayan Qurtuluş yolu azad Şuşaya doğru uzanan tarixi Zəfər yolu ilə davam edir.
Keçidlər