Suraxanı Şahmat Məktəbində Vətən müharibəsinin şəhidi Kazımlı Mürsəl Kamil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə xatirə turniri keçirilib
19 may 2023 | 13:41
Mayın 19-da Suraxanı Şahmat Məktəbində Vətən müharibəsinin şəhidi Kazımlı Mürsəl Kamil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə rayon məktəblilərinin komandaları arasında xatirə turniri keçirilib.
Turnirdə Şəhidimizin atası Kamil Kazımov, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavini Könül Axundova və digər qonaqlar iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onlara uğurlar diləyib və bu kimi turnirlərin əhəmiyyətindən danışaraq ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini turnir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Milli Məclisin deputatı Etibar Əliyev və Şəhidimizin atası Kamil Kazımov da çıxış edərək Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu və onların qəlbimizdə əbədi taxt qurduqlarını bildiriblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov turnirdən xatirə diplomunu Şəhidin atası Kamil Kazımova təqdim etdikdən sonra turnirə start verilib.
Qeyd edək ki, gərgin və maraqlı keçən oyunların sonunda
l-yerə 279 nömrəli tam orta məktəbin,
ll -yerə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın,
lll- yerə isə 285 nömrəli tam orta məktəbin komandası layiq görülüblər.
Turnirdə iştirak edən və qalib gələn məktəbliləri təbrik edirik.