Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı RİH-də növbəti vətəndaş qəbulu keçirilib

06 mart 2023 | 09:55
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.
Keçidlər