Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı RİH başçısı Əziz Əzizov sakinlərlə növbəti səyyar-qəbulu keçirdi

07 oktyabr 2022 | 17:14
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Suraxanı rayonunda növbəti vətəndaş qəbulu Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirilib.
R.Abidov adına 85 nömrəli tam orta məktəbdə keçirilən qəbulda RİH başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qəbulda rayonun qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan Ə.Əzizov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.
Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinlərini çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüşdə Ə.Əzizov ölkə başçısının rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi inkişafından, əhaliyə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.
Keçidlər