Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda təyyarə qəzasının qurbanlarının xatirəsi hörmət və ehtiramla anılıb

26 dekabr 2024 | 12:02

Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, RİHB-nin müavinlərinin və Aparatın əməkdaşlarının iştirakı ilə saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Prezident cənab İlham Əliyev ölkə Konstitusiyasının müvafiq bəndinə əsasən Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan etmişdir.

Təəssüf və kədər hissi ilə hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Keçidlər