Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda sakinləri narahat edən sosial problemlərin həlli və müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər ardıcıl olaraq uğurla davam etdirilir

25 iyul 2022 | 10:38
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 1100 metr olan yolda 6600 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Keçidlər