Suraxanı rayonunda Qurban bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kəsilən qurbanlar 2-3 kq olmaqla 2000-dən çox aztəminatlı ailələrə, Şəhid və qazi ailələrinə, xüsusi qayğıya ehtiyacı olan əlillərə və autizm sindromlu vətəndaşlara paylanılıb
16 iyun 2024 | 10:43
Bayram payı alan sakinlər kəsilən qurbanların qəbul olunmasını diləyərək Qurban bayramının xalqımız və ölkəmiz üçün xeyir, bərəkət, bol ruzi gətirməsini arzulayıb, onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
İnsanpərvərlik, xeyirxahlıq, paylaşmaq və mərhəmət hisslərinin rəmzi olan müqəddəs Qurban bayramında kəsilən bütün qurbanlar qəbul olunsun!
Qurban bayramınız mübarək olsun!