Şriftin ölçüsü :

Saytın rəngi :

SURAXANI RAYONUNDA PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB

07 aprel 2023 | 16:07

07.04.2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması istiqamətində həmin Tədbirlər Planının 4.5 yarımbəndinin “Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi”nin icrası ilə əlaqədar olaraq 2023-cü ilin 03 mart tarixində  Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planın 4.5. bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasını təmin etmək məqsədilə tədbir keçirmişdir.

Tədbirdə Suraxanı rayon üzrə KOB dostu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mİlli Konfedrasiyasının, Dövlət Məşğulluq Agentliyinin , dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, həmkartlar ittifaqlarının rayon komitəsinin nümayəndələri, rayon bəədiyyə sədrləri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbir  Suraxanı RİHB-nin birinci müavini Rəşad Hacıyevin sədrliyi ilə keçirilib. Suraxanı RİH-nin başçısı Əziz Əzizovun adından iştirakçılara salamlarını çatdıran Rəşad Hacıyev peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsinin əhəmiyyəti haqqında geniş söhbət açdı. İcra başçısının müavini çıxışında qeyd etdi ki, Suraxanı rayonu üzrə 2022-ci il ərzində 91,54 milyon manat sənaye, tikinti sahəsinin inkişafı ilə əlaqədar yerli və xarici özəl investisiya qoyuluşu olmuşdur ki, bunun sahəsində 1340 yeni iş yeri açılmışdır.  Rayonun inkişafına investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə mütəmadi təşviq olunmuşdur.

Tədbir zamanı mövzu ətrafında aparılan müzakirələrdə digər iştirakçılar mövzu ilə bağlı iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların bilikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılmasının vacibliyini vurğuladılar.

Gələcəkdə rayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması üçün Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstəyin göstəriləcəyi bildirildi.

Keçidlər