Suraxanı rayonunda növbəti ən yüksək nəticə
17 aprel 2025 | 12:00
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixdə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Sevindirici haldır ki, onlar arasında 89 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Bağırova Aişə Faiq qızı da var.
Suraxanı Rayon İcra Hakimiyyəti adından 89 saylı tam orta məktəbin rəhbərliyi və müəllimləri başda olmaqla Aişə Bağırovanı və onun valideynlərini təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
İnanırıq ki, Aişə Bağırova təhsilini davam etdirərək ölkəmizin gələcəyi naminə böyük töhfələr verəcək.