Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Zığ qəsəbəsində 317 saylı tam orta məktəbdə keçirilib

16 may 2025 | 18:05
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Əliyeva qonaqları salamlayaraq bildirib ki, narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir və ölkəmizdə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, qətiyyətli addımlar atılır.
Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Vəfa Qüdrətli, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev çıxışlarında narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları ilə bağlı ətraflı məlumat veriblər. Şagirdlərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər