Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Qaraçuxur qəsəbəsi, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada təşkil olunub

14 aprel 2025 | 14:00
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Rayon Polis İdarəsinin İctimai Təhükəsizlik Şöbəsinin rəisi polis polkovnik-leytenantı Zaur Qədirov, Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, baş inspektor polis mayoru Elsevər Qurbanov, inspektorlar Əli Abbasov, İlahə Balayeva, 32-ci Polis Şöbəsinin rəis müavini mayor Fərid Axundov, eləcə də gimnaziyanın müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyalə Veyisova qonaqları salamlayaraq bildirib ki, narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir və ölkəmizdə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, qətiyyətli addımlar atılır.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev çıxışlarında narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları ilə bağlı ətraflı məlumat veriblər. Şagirdlərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.
Keçidlər