Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Hövsan qəsəbəsində M.Bayramov adına 196 saylı tam orta məktəbdə təşkil olunmuşdur

03 iyun 2022 | 14:36
Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Hövsan qəsəbəsində M.Bayramov adına 196 saylı tam orta məktəbdə təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan M.Bayramov adına 196 saylı tam orta məktəbin direktor əvəzi Aida Cəfərova qonaqları salamlamış və cəmiyyətdə narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırmışdır.
Sonra məktəbin şagirdlərinin hazırladığı narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən bədi hissə nümayiş olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, bu gün Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə, 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan regionun gələcək taleyində həlledici rol oynayır. Həmçinin, Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu diqqətə çatdıran RİH başçısı bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunduğunu da vurğulamışdır. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə etmişdir.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxışlarında narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş və bildirmişlər ki, narkomaniyaya qarşı cəmiyyətimiz tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Keçidlər