Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Hövsan qəsəbəsində E.Qaranzadə adına 270 saylı tam orta məktəbdə təşkil olunub

05 dekabr 2022 | 13:39
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarx və şagirdlərin təqdimatında səhnəcik nümayiş olunub .
Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya ilə bağlı gənclər arasında profilaktik və maarifləndirmə məqsədilə təşkil olunan görüşdə RİH başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərərləri və ona qarşı aparılan mübarizədən danışaraq milli-mənəvi dəyərlərimizə zidd olan bu təhlükəli bəlaya qarşı həyata keçirilən səylərin birləşdirilməsinin, birgə mübarizə tədbirlərinin sayının artırılmasının əhəmiyyətini vurğulayıblar.
Keçidlər