Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Bülbülə qəsəbəsində yerləşən N.Həmidov adına 208 saylı tam orta məktəbdə təşkil olunub

28 oktyabr 2022 | 18:11

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini Könül Axundova iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan N.Həmidov adına 208 saylı tam orta məktəbin direktoru Məlahət Əsədova qonaqları salamlayıb və cəmiyyətdə narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırıb.
Sonra məktəbin şagirdlərinin hazırladığı narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən bədi hissə və video-çarx nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, bu gün Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə, 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan regionun gələcək taleyində həlledici rol oynayır. Həmçinin, Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu diqqətə çatdıran RİH başçısı bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunduğunu da vurğulayıb. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə edib.
Həmçinin, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov çıxışlarında narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat verib və bildiriblər ki, narkomaniyaya qarşı cəmiyyətimiz tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Keçidlər