Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin ildönümü qeyd olundu

14 iyul 2023 | 15:46
Suraxanı rayonunda Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin ildönümü qeyd olundu
İyulun 14-də “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 İyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 54-cü ildönümü münasibətilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Həmçinin, Ulu Öndər tərəfindən müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu günlə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlandığını diqqətə çatdırıb. O, bildirib ki, bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. RİH başçısı bu gün müstəqil dövlətimizə rəhbərliyin məhz Ulu Öndər siyasətinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, eləcə də ölkə başçımızın və hörmətli Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri nəticəsində xalqımızın Şanlı Zəfər qazandığını bir daha diqqətə çatdırıb.
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyyə Hacıyeva da çıxış edərək Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik qüdrətli ölkə kimi tanınmasının məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildiriblər. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adının, siyasi və dövlətçilik fəaliyyətinin müstəqil Azərbaycanla birgə daim yaşayacağı vurğulanıb.
Keçidlər