Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2022 | 16:51
Noyabrın 22-də ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİHB-nin müavinlərinin və rayonun ədliyyə işçilərinin iştirakı ilə ilk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Daha sonra Suraxanı Rayon Məhkəməsində davam edən tədbiri giriş sözü ilə açan Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rasim Kazımov Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmində olduqlarını vurğulayıb və ədliyyə işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentimizə dərin minnətdarlığını bildirib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərin və qazanılan nailiyyətlərin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu diqqətə çatdırıb. O, ədliyyə və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Rayon Prokuroru Rəşid Mahmudovun, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin şöbə rəisi Elsevər Nağıyev də çıxışlarında ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edərək, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışdıqlarını qeyd ediblər.
Tədbirin sonunda 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup ədliyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Keçidlər