Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilməsi, parkların təmir olunaraq abadlaşdırılması işləri  davam etdirilir

30 sentyabr 2023 | 13:45
Suraxanıda növbəti küçə asfaltlanır
Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilməsi, parkların təmir olunaraq abadlaşdırılması işləri  davam etdirilir.
Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır. Qeyd edək ki, hazırda A.Rzayev küçəsində asfalt örtüyü vurulur.
Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.
Keçidlər