Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “23 İyun-Dövlət Qulluqçularının peşə bayramı günü” qeyd edilmişdir

23 iyun 2022 | 15:01
Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzmüşlər.
Daha sonra RİHBA-da davam edən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırmış və fəaliyyətlərində uğurlar diləmişdir. RİH başçısı qeyd etmişdir ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Rayon rəhbəri öz çıxışında xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Dövlət qulluğunun təkmilləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltmək və sosial rifahını təmin etməkdir. Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir.
Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş RİHB-nin Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayevi təbrik etmiş və göstərilən etimada görə ölkə başçımıza dərin minnətdarlığını ifadə etmişdir.
Həmçinin, tədbirdə iştirak edən Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik etmiş və bildirmişdirlər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir, onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif edilmişlər.
Keçidlər