Şriftin ölçüsü :

Saytın rəngi :

“Suraxanı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib

29 noyabr 2022 | 11:10
Noyabrın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında “Suraxanı rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti müşavirə keçirilib.
Müşavirədə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Suraxanı RİHBA-nın müavinləri və şöbə müdirləri, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mənzil-kommunal və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbələrin bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov da çıxışında yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Suraxanı rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Toğrul Vəliyev “Rayon üzrə mülki müdafiənin vəziyyəti”, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşı Nizami Fərəcov “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı Rayon Dövlət yanğından Mühafizə Hissəsinin rəis müavini Pənah Mahmudov “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” haqqında məruzə etdi. Bundan əlavə “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatlarının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr dinlənildi.
Tədbirdə “Məişətdə yanğın təhlükəsizliyi” ilə bağlı videoçarx nümayiş olundu və iştirakçıların suallar cavablandırıldı, çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, məcburi köçkünlərin məskunlaşdıqları binalara birgə baxış keçirilməsi, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarşısdınnın alınması üçün işlərin davam etdirilməsi qərara alındı.
Keçidlər