Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu üzrə 2 şagird ən yüksək bal topladı

03 aprel 2024 | 15:00
Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında Bakı şəhəri üzrə 6 nəfər (respublika üzrə 14 nəfər) 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, onlardan 2-si Suraxanı rayon məktəblərinin şagirdləridir.
Rayon üzrə maksimal nəticə göstərən şagirdlərdən biri C.Rəhimov adına 146 №-li tam orta məktəbin şagirdi Qasımova Fatimə Elxan qızı, digəri isə E.Cəfərov adına 118 №-li tam orta məktəbin şagirdi Məmmədli Fatimə Faiq qızıdır.
Suraxanı Rayon İcra Hakimiyyəti adından hər iki məktəbin rəhbərliyi və müəllimləri başda olmaqla şagirdlərimizi və onların valideynlərini təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
İnanırıq ki, onlar təhsillərini davam etdirərək ölkəmizin gələcəyi naminə böyük töhvələr verəcəklər.
Keçidlər