Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Səməd Abdullayev adına 290 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Məmmədli Murad Vüqar oğlu İstanbul Texniki Universitetində keçirilən "Turkic İnternational Mathematical" Olimpiadasının final mərhələsində və 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasında iştirak edərək hər iki olimpiadadan qızıl medal qazanıb.

04 iyun 2024 | 12:50
Murad Məmmədli Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərən şagird olub. Qeyd edək ki, bu olimpiadalarda 19 ölkədən 21.189 şagird iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyəti adından Murad Məmmədlini, onun valideynlərini, eləcə də təhsil aldığı 290 N-li tam orta məktəb in müəllim heyyətini qazanılmış uğur münasibətilə ürəkdən təbrik edirik.
Keçidlər