Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Səməd Abdullayev adına 290 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

19 dekabr 2022 | 18:46
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səslənirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Kunzala Həmidova qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edərək ətraflı məlumat verib.
Görüşdə RİH başçısı Əziz Əzizov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb. Ə.Əzizov çıxışında həmçinin Prezident cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın Suraxanı rayonunda uğurla icra olunduğunu vurğulayıb.
Daha sonra Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkotik vasitələrin fəsadları barədə məktəblilərə geniş məlumat veriblər. Çıxışlarda narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Suraxanı rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlardan söz açılıb.
Keçidlər