Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Ayan Namazlı Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdlərinin qatıldığı “Əlaçı” televiziya layihəsinin qalibi olub

05 mart 2023 | 11:39
Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Ayan Namazlı Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdlərinin qatıldığı “Əlaçı” televiziya layihəsinin qalibi olub.
İctimai TV-də yayımlanan, 800 nəfərə yaxın XI sinif şagirdinin qatıldığı “Əlaçı” televiziya layihəsinin Bakıda keçirilən seçim turunda ən yüksək nəticə göstərərək və 12 nəfərdən biri olaraq finala vəsiqə qazanan Ayan Namazlı rəqiblərini geridə qoyaraq qalib olmuş və diplom qazanmışdır. O, həmçinin Respublika Fənn Olimpiadalarının final turuna da vəsiqə qazanıb.
Təhsil aldığı müddətdə nümunəvi şagird kimi seçilmiş və bir çox müsabiqələrin də qalibi olmuş Ayan Namazlını və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın kollektivini Suraxanı Rayon İcra Hakimiyyəti adından təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.
Keçidlər